Leyla Mətin - Ay üzlüm
Ay üzlümyenə şehdir yanaqlarınSəndən uzaq düşəli?Bilirəm tez -tez sabah olurtez-tez şeh düşür üzünə.
Niyəsə günlər ötüşmür.Bu tərəflərdə qara gecələryaman uzun olurmuşBilmirdim.ayın on beş günü on beş il kimi ötürAy hər gecə evinə əliboş getmək istəmirHəsrət yağışları yağmamışBu nə yağış sevgisiymişbir bilsəm
De görüm ən çox etdiyin dua hansıdırQoy özüm deyimsabahın biri yuxudan bir ayılmaqHə deyəsən tapdımSusdunsa razısan demək
Buraları isti deyirdilərYaman üşüyürəmBaxıram hamı nazik geyinirTək mənəm qalın geyimdə.Yad baxışlar üzəriməGüllə kimi tuşlanırSənin xəyalına sarılıb güllələribirtəhər dəf edirəmBax yenə sənOlmasan nə edərdim?
Artıq 3 gün qalıbSaatın əqrəbləri çox asta yeriyirSanki əqrəblər qeybətçil qadınlar kimi yolda dayanıb söhbət edirlərBu nədir axısıxılmaqdırYa darıxmaqdırUzaqlardan sevmək beləmi olurmuşBir gün də ötsün artıq yaxınında olacamUzun həsrətdən sonra ilk dəfəSevgi qoxacaq qəlbimizİndi acı olsa daSevdiyim ,inan bu darıxmaqlı günləri dəgözəl xatırlayacağıq!
— TDKŞB, 9 avqust 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.