Nəcibə İlkin - Dərdlərin yuya səni
Bir uçuq daxma olaOturub qəmlənəsən.Dərdini güzgü bilib,Elə güzgülənəsən.
Gözlərin qəhərlənəNar kimi sıxılasan.Köksün elə titrəyəDəniztək çalxanasan.
Çəkib qəmin ətriniBir az ləpələnəsən.Dərdlərin gül üzünəŞirin-şirin güləsən.
Bulud-bulud ağlayıbGöylərə çəkiləsən.Dərdlərin yuya səni,Kəfənə büküləsən.
Şəklini çəkə yollar,Yer də qısqanclıq edə.Əzrayıl dostun olaSəni tərk edib gedə.
Ayılasan, yuxudu...Dünya ayağın altda.Dərdi yuxuya veribDurasan geri qatda.
— TDKŞB, 10 sentyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.