Nəcibə İlkin - GEDƏSƏN
Soyunub qəm köynəyiniÜzü dağlara gedəsən.Gəzib dağları doyuncaSonra da gözdən itəsən.
Acını çəkə ev-eşik,Yol gözləyə dost-tanışın.Çiliklənən xatirələrOla sənin məzar daşın.
Dolasan bulud gözlərəPayız olub, yaz güləsən.Baş daşından gülümsəyibYağış kimi töküləsən.
Anan gələ görüşünə,Atan qucaqlaya səni.Sevincdən daşın çatlayaDərdlərin ağlaya səni.
Güləsən torpaq üzünə,Güləsən külək yaşına.Son gülüşün xatirinə,Hamı yığıla başına.
Səni sevən könüllərinQalasan qız yaddaşında.Darıxdığın ölüm üçünÖlməyəsən bu yaşında...
— TDKŞB, 3 avqust 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.