Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - İnamsızlıq məzarı...
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - İnamsızlıq məzarı...

Qara geyinməmişəm,

çünki yasım görünməz.

İtirdiyim insan yox,

itirdiyim — inamdı.

Bir zamanlar “olacaq” deyə

çoxlu sözlərim

Özünü doğrultmayan inamım, ümidlərim…

Baş daşına inamın

son adını yazıram,

zamanı da yazmadan,

ordan uzaqlaşıram.

Ən ağır tabut kimi

yalan çıxan dualar

adamın çiynində yox,

ürəyində daşınar.

Verdiyim vədlərlə də

bu gün vidalaşıram,

“dözərəm” dediyimlə

son kəs qucaqlaşıram.

Heç kim yasa gəlməyib,

çünki inam tək ölür.

Bir şam da yandırmışam —

işıqlanmaq üçün yox,

külə çevrilsin deyə.

Məzarının daşına

sakit pıçıldayıram:

nə səni bağışlaram,

nə dalınca gələrəm.

Amma bu da son deyil —

inanmadıqlarıma

azadlığı verdim mən.

İnamın yoxluğundan

özümə yol tikdim mən.

Bu gün inamı deyil,

tək özümü seçdim mən…

Tək özümü seçdim mən...

— TDKŞB, 13 yanvar 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax