Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Salam sənə, Əziz Vətən!
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Salam sənə, Əziz Vətən!

Salam sənə əziz Vətən

Özbəkistan, Özbəkistan!

(Əbədi bağımsızlıq diləklərimlə Qardaş Özbəkistana həsr edirəm...)

Sənin ulu məhəbbətin,

Tariximin nişanəsi!

Sarayların duvarında,

Ucaldılır Quran səsi.

Səmərqəndim ey Daşkəndim,

Könül yurdumda başkəndim!

Əmir Teymur, fatehləri,

Tarixində bir yaraşıq.

Parlar uldızların kimi

Hər yanında gür bir ışıq.

Sənin Xarezm’in, Buxara’n,

Biz Türklərə ana vətən!

Ərənlərin diyarıdır,

Evliyalar bucağıdır,

Qadim mədrəsələrin,

Həqiqətin ocağıdır…

Ey Kokandım Andincan’ım,

Vətənə qurban bu canım!

Qanla yuduq torpaqları ,

Birlikdə ağlayıb güldük.

Bir ananın evladıyıq,

Eyni candan cana gəldik.

Namangana, Fərqanə’yə

Salam olsun can vətənə!

Azerbaycan’ım da yazdı,

Şanlı zafər nəğməsini.

Birgə yayaq bu dünyaya,

Turan elin haqq səsini...

Qaraqalpaq, Kaşkadərya’m

Mənim yurdum, mənim dünyam!

Mənim gözəl məmləkətim,

Bağrında qurulsun Turan.

Minarələrdən yüksəlsin,

Göylərə mübarək azan!

Xivədən, Surxandəryadan,

Əsla ayrılmaz ki, bu can!

Sənin şanlı bayrağına

Zaval uğramasın aman!

Dualarla salamlasın,

Səni, bu qızın Xuraman!

Salam sənə əziz vətən!

Özbəkistan! Özbəkistan!

— TDKŞB, 2 sentyabr 2025

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax